Kateqoriyasız

Uels – Azərbaycan: açıq məşq və mətbuat konfransı

AÇ-2020-nin seçmə mərhələsində sentyabrın 6-da, Kardiff şəhər stadionunda keçiriləcək Uels – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı sabah keçiriləcək.

Uels – Azərbaycan: Açıq məşq və mətbuat konfransı
5 sentyabr

Uels milli komandası
Saat 10:45. Mətbuat konfransı
Saat 12:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
Saat 19:00. Mətbuat konfransı
Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi Kardiff şəhər stadionunda təşkil olunacaq. Tədbirlərin saatı yerli (Uels) vaxtla göstərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43