Kateqoriyasız

Uels yenə bizimlə oynamaq istəyir

Azərbaycan millisinin yoldaşlıq oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib.

Bu barədə jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

O bildirib ki, milli komanda Latviya ilə qarşılaşacaq. Əlavə edib ki, Uelslə oyun da planlaşdırılır: “Yığmamız martın sonunda əvvəlcə Malta, daha sonra isə Latviya ilə qarşılaşacaq. May ayında isə Türkiyə millisi ilə oyun olacaq. Uels millisi ilə yoxlama matçı da planlaşdırılır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43