Kateqoriyasız

Uelsli fanatlar Bakıya gəlir – AVRO-2020 üçün

Avro-2020-nin qrup mərhələsindəki ilk iki oyununu Bakıda keçirəcək Uels yığması paytaxtımızda dəstəksiz qalmayacaq.

İdmanxeber.az-ın məlumatına görə, xeyli sayda azarkeşin komandasına dəstək olması üçün Bakıya gəlməsi gözlənilir. Onların koronavirus pandemiyası ilə bağlı bütün tələbləri yerinə yetirməyə hazır olduğu vurğulanıb.

Təxmii 3000 uelsli fanatın Bakıya gəlməsi gözlənilir.

Qeyd edək ki, Uels yığması iyunun 12-də İsveçrə, 16-da Türkiyə ilə Bakı Olimpiya Stadionunda, ayın 20-də İtaliya ilə Roma Olimpiya Stadionunda üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43