Kateqoriyasız

Uesli Sneyder: “Qalatasaray”da ən çox ona pis olmuşdum”

“Həmin an Mourinyonun dizləri titrəyirdi”

Hollandiya millisinin üzvü və “Qalatasaray”ın sabiq oyunçusu Uesli Sneyder Türkiyə mətbuatına müsahibə verib. O, “Qalatasaray”dan ayrılarkən buna hazır olmadığını bildirib:

“Karyeramda bir çox derbi matçına çıxmışam. İtliyada, İspaniyada unudulmaz xatirələrim var. İspanida oynadığım “El Klasiko” mənim üçün ayrı bir yerdədir. Həmin oyunda “Real” qalib gəlmişdi, qələbə topunu isə mən vurmuşdum. İtaliyada da çox maraqlı idi. Orada əzəli rəqibimizlə eyni stadionda mübarizə aparırdıq. Stadionda azarkeşlər tən yarı bölünürdülər. Ancaq etiraf edirəm ki, oynadığım derbilər içərisində ən hərarətlisi “Qalatasaray” – “Fenerbaxça” matçları olurdu. Təəssüf ki, mən oynayan vaxtlar səfər oyunlarında yalnız ev sahibi azarkeşlər olurdu.

Hollandiyalı oyunçu “Qalatasaray”dakı karyerası barəsində də danışıb:

“Məni “Qalatasaray”a Fatih Terim gətirmişdi. Kluba gələr-gəlməz mənə xüsusi biri olduğumu hiss etdirmişdi. Orada möhtəşəm illər yaşamışam. Ancaq təəssüf ki, ayrılığım heç də yaxşı olmadı. Klubdan ayrılanda çox pis olmuşdum. Özümü hələ buna hazır hiss etmirdim. Yeni mövsümə başlamaq üçün tətildən qayıdanda gördüm ki, 10 nömrəni başqasına veriblər. Ən çox buna pis olmuşdum.

“Qalatasaray”da ən unutmadığım oyun Çempionlar Liqasının 2012-2013-cü il mövsümünün 1/4 final mərhələsində “Real”a qarşı oynadığımız cavab matçı idi. İlk oyunda 3:0 hesabı ilə məğlub olsaq da, cavab oyunununda 3:2 qalib gəlmişdik. Hesab 3:1 olarkən Mourinyonun qorxudan dizləri titrəyirdi”

Sneyder gələcək karyerası barəsində isə bunları deyib:

“Məşqçilik çox məsuliyyətli bir işdir. Həm taktiki, həm də psixoloji olaraq bu işə hazır olmalısan. Gələcəkdə məşqçilik barəsində düşünürəm. Ancaq onu deyim ki, hələlik belə bir fikrim yoxdur”

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43