Dünyadan

Uesli Sneyder yeni klubunda iştirak ərizəsinə salınmır

Bu yay “Qalatasaray”dan ayrılaraq Fransanın “Nitsa” kollektivinə keçən Uesli Sneyderin burada da bəxti gətirmir.

İdmanxeber.com-un məlumatına görə, hollandiyalı yarımmüdafiəçi sabah UEFA Çempionlar Liqasının pley-off matçında “Napoli”yə qarşı keçiriləcək matçı buraxacaq.

Buna səbəb onun heyətə cəlb edilməməsidi. “Qırmızı-qaralar”ın baş məşqçisi Lüsyen Favrın fikrincə Sneyderin hazırkı fiziki durumu italyanlarla matçda iştirak etməyə uyğun deyil.

Qeyd edək ki, Fransa təmsilçisinin digər tanınmış futbolçusu olan Mario Balotelli də zədə səbəbindən qarşıdakı oyunu buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43