Dünya futbolu

Ueyn Runi yekun qərarını verdi

“Mançester Yunayted”in ulduz futbolçusu Ueyn Runi komandada qalacaq.

Britaniya mətbuatının yaydığı xəbərə görə, ingilis futbolçu uzun müddətdən sonra “şeytanlar”la razılıq əldə edib. O, yeni müqaviləyə əsasən 2018-ci ilə qədər “Mançester Yunayted”də oynayacaq. Forvard bundan sonra həftəlik 250 min funt sterlinq deyil, 300 min funt sterlinq qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43