18 Sentyabr 2020
Kateqoriyasız

UFC-dən təxribata əl atan erməniyə cəza

UFC-də keçirdiyi son döyüşə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə çıxan erməni idmançı Edmen Şahbazyan cəzalandırılıb.

Təşkilatçılar ABŞ-ı təmsil edən 22 yaşlı idmançıya cəza verib. Bundan əlavə, qurumun prezidenti Dana Uayt qondarma bayrağın rinqə keçirilməsinə icazə verən 20 illik işçini UFC-dən qovub.

“Reebok” şirkəti isə təxribatçı erməni ilə əməkdaşlığı dərhal dayandırıb. Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib, səhv etdiklərini deyiblər.

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi UFC rəhbərliyinə müraciət ünvanlamışdı.

Las-Veqasda Derek Brunson ilə qarşılaşan Edmen Şahbazyan rəqibinə uduzub, xəstəxanalıq olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Birinci divizionda oyunların saatı və hakimləri açıqlandı

admin

Avroliqa matçı azərbaycanlı hakimə həvalə olundu

admin

“Neftçi” öndə olduğu matçda uduzdu

admin