Ölkə futbolu

Ufuk Budak oynadı, komandası uduzdu

Türkiyə I liqasında XXXI turun oyunları davam edir.

Tur çərçivəsində millimizin üzvü Ufuk Budakın formasını geyindiyi “Manisaspor” klubu da növbəti matçına çıxıb.

Komanda doğma azarkeşləri önündə “Altınordu” klubunu qəbul edib. Matç qonaq komandanın qələbəsi ilə başa çatıb – 0:2. Millimizin üzvü də bu məğlubiyyətin iştirakçısı olub. Belə ki, Ufuk matça start heyətində başlayıb və sona qədər mübarizə aparıb.

“Manisaspor” XXXI turdan sonra 33 xal toplayıb və turnir cədvəlində 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43