Dünyadan

Ukrayna – Litva matçını azərbaycanlı hakim idarə edəcək

Ukrayna və Litva yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünün hakimləri azərbaycanlı olacaq.

İdmanxeber.com-un məlumatına görə, noyabrın 18-də Kiyevdə baş tutacaq görüşü Əliyar Ağayevin rəhbərlik etdiyi  hakimlər briqadası idarə edəcək. Ona Zeynal Zeynalov və Namiq Hüseynov köməklik edəcək. Dördüncü hakim funksiyasını isə ukraynalı Sergey Lisençuk yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43