Dünyadan

Ukrayna və İsveç final mərhələsində! (YENİLƏNİB)

"Avro-2016"nın final mərhələsinə vəsiqə verən "play-off"un cavab oyunlarına yekun vurulub..

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə iki matç baş tutub.

İlk görüşdə qələbə qazanan İsveç və Ukrayna səfər matçlarında da uduzmamaqla final mərhələsinə vəsiqəni təmin ediblər.

Xatırladaq ki, daha öncə Macarıstan və İrlandiya yığmaları "pley-off" oyunlarından qalib ayrılaraq gələn il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

17 noyabr

"Avro-2016", pley-off mərhələsinin cavab oyunu 



23:45. Sloveniya – Ukrayna – 1:1
Qol:
 Sezar, 11 Yarmolenko 90+7

İlk oyun – 0:2 



23:45. Danimarka – İsveç – 2:2
Qollar:
 İbrahimoviç, 19, 76, Poulsen, 81, Vesterqard, 90+1

İlk oyun – 1:2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43