Dünya futbolu

Ukraynalı futbolçu Elşad Əhmədovu günahlandırır: “Onunla dil tapa bilmirdim”

“Sabah”ın sabiq futbolçusu ölkə mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, hazırda Belarusun “Qomel” klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi bu ölkənin mətbuatına “Sabah”dan ayrılmasının səbəblərini açıqlayıb. O, buna görə baş məşqçi Elşad Əhmədovu günahlandırıb:

“Mövsümün əvvəlində komanda çempionata başçılıq edirdi. Qısa müddətdə komandanın liderinə çevrildim. Oyunlar zamanı orta hesabla 12 km qaçırdım. Ancaq sonra hansısa bir səhvə görə “Sabah”ın baş məşqçisi mənə irad bildirməyə, tənqid etməyə başladı. Nəticədə tədricən fərdi keyfiyyətlərimi arxa plana atıb, komandaya oynamağa üstünlük verdim. Halbuki ora fərdi keyfiyyətlərimə görə keçmişdim. Baş məşqçi oyunu niyə öz üzərimə götürmədiyimi soruşdu. Onunla dil tapa bilmirdik. Nəticədə özüməinamı, gücümü itirdim. Bu üzdən də “Sabah”dan ayrıldım”.

Cari mövsümün əvvəlində “Sabah”a keçən Vitali Kvaşuk cəmi 6 ay sonra ölkəmizi tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43