İdman

Ukraynalı futbolçu “Sabah”da

Premyer Liqanın debütantı “Sabah” heyətinə yeni futbolçu cəlb edib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi Vitali Kvaşukla münasibətlərini rəsmiləşdirib. Ukraynalı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Kiyev “Dinamo”sunun yetirməsi olan Kvaşuk, karyerası ərzində Ukraynanın “Metallurq 2” (Donetsk), “Zarya 2” (Luqansk), “Olimpik” (Donetsk), Belarusun “Torpedo” (Jodino), “Vitebsk” və “Neman Qrodno” klublarında oynayıb. Onun son çıxış etdiyi komanda “Neman Qrodno” olub.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi “Sabah”da 7 nömrəli formada çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43