Dünya futbolu

Ukraynalı mütəxəssis: “Qarabağ” 2:1 udacaq”

Ukraynalı veteran müdafiəçi Aleksandr Poklonski Avropa Liqasında qrup mərhələsinin III turunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu haqqında ölkə mətbuatına danışıb. “Dnepr”in “sükanı arxası”nda olan 43 yaşlı mütəxəssis “Qarabağ”ın 2-1 hesabı ilə qalib gələcəyini düşünür:

“Vorskla” üçün çətin olacaq. Əgər onlar Avropa Liqasında 1 xal qazana bilsələr, bu artıq uğur sayılacaq. Ancaq mən yenə də “ağ-yaşıllar”ın uğursuz olacağını gözləyirəm. “Qarabağ”ın 2:1 hesablı qələbə qazanacağını deyə bilərəm”.

Qeyd edək ki, Ukrayna millisində bir oyun keçirmiş sabiq müdafiəçi 2007-ci ildə “Simurq”da çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43