Kateqoriyasız

Ukraynanın Azərbaycandakı səfiri Qriqorçuku təbrik etdi

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsində “Lill” üzərindəki möhtəşəm qələbəsinə Ukraynanın Azərbaycandakı səfirliyi də biganə qalmayıb. 

İdmanxeber.com-un məlumatına görə, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko “Qəbələ”nin baş məşqçisi, həmyerlisi Roman Qriqorçuka təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Öz adımdan və Ukraynanın Azərbaycandakı səfirliyi adından sizi və “Qəbələ” kollektivini mötəbər turnir olan UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki parlaq qələbəniz və növbəti dəfə pley-off mərhələsinə yüksəlməyiniz münasibətilə təbrik edirəm. Səfir kimi mənə ukraynalıların Azərbaycan futbolu tarixində yer almasını görmək çox xoşdur. Sizin “Qəbələ”nin baş məşqçisi kimi uğurlu işiniz Ukraynanın Azərbaycandakı imici və iki ölkə xalqları arasındakı dostluq münasibətlərinin inkişafı baxımından çox əhəmiyyətlidir.

Bu məktubla həmçinin sıravi azərbaycanlılara və Ukrayna səfirliyinə təbrik ünvanlayan bütün Kütləvi İnformasiya Vasitələri mənsublarına da öz təbriklərimi çatdırıram. Səfirliyin bütün əməkdaşları bu tarixi oyunda sizinlə birlikdə idi və bu idman bayramında sevincinizi bölüşürük.

Roman İosifoviç, sizə gələcək işlərinizdə bütün qəlbimlə uğur və müvəfəqiyyətlər arzulayıram!”




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43