19 Sentyabr 2024
Dünyadan

Ulduz futbolçu “Beşiktaş”dan getdi

“Beşiktaş” aparıcı üzvü Demba Ba ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, “Çelsi”dən “qara qartal”a gələn forvard burada uğurlu bir mövsüm keçirsə də, o, karyerasını Asiyada davam etdirmək qərarına gəlib. 

Klub saytının yaydığı xəbərdə bildirilir ki, Demba Ba Çinin “Şanxay Sensua” klubuna transfer olunub. Bu keçid qarşılığında “Beşiktaş” 13 milyon avro qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43