Dünya futbolu

Ulduz futbolçu ilə danışıqlara başlandı

Hücum xəttində ciddi problemlər yaşayan Türkiyənin "Trabzonspor" klubu bir hücumçu heyətinə qatmaq istəyir.

Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, Trabzon təmsilçisi Amerikanın "Sitl Sounders" klubunda çıxş edən Obafemi Martinslə danışıqlara başlayıb. Bu barədə açıqlama verən komanda prezidenti İbrahim Hacıosmanoğlu xəbəri təkzib etməyib.

"İnter"in sabiq futbolçusu özü də Avropaya dönmək fikrindədir.

Qeyd edək ki, Martins "İnter"lə yanaşı, "Nyukasl" və "Levante" kimi klublarda çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43