08 Sentyabr 2024
Dünyadan

Ulduz futbolçu “Mançester Yunayted”dən getdi (RƏSMİ)

Premyer Liqada 2014-15 mövsümünü titulsuz qapayan “Mançester Yuneyted” bir futboçusu ilə yollarını ayırdı.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı şeytanlar” mövsümün əvvəlində icarə əsasında heyətinə qatdığı Radamel Falkao ilə yollarını rəsmən ayırıb.

Bu barədə İngiltərə nəhənginin rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, kolumbiyalı forvardla icarə müqaviləsinin müddəti uzadılmayıb və o, məxsus olduğu “Monako”ya qayıdıb.

Qeyd edək ki, Falkao “Mançester Yunayted”də 26 oyunda meydana çıxıb və 4 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43