Dünya futbolu

Ulduz futbolçu məzun oldu

“Yuventus”un müdafiəçisi Corcio Kyellini meydanda göstərdiyi bacarığı şəxsi həyatında da təkrarlayır.

İdmanxeber.com-un məlumatına görə, ulduz futbolçu Turin universitetinin biznes və iqtisadiyyat fakültəsi üzrə doktorantura təhsilini başa vuraraq məzun adını alıb. İtaliya milli komandasının futbolçusu bu haqda rəsmi “twitter” hesabında da paylaşım edib:

“Nəhayət! Bütün imtahanları verdim. 3 il ərzində bu kitabların mənə çox yardımı oldu”.

“Yuventus” klubu da “twitter”də futbolçusunu təbrik edib: “Təbriklər, Doktor Kyellini”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43