Fransanın "Monako" klubu sezon başında ingilis klubu "Fulhem"den heyətinə qatdığı 33 yaşlı hücumçu Dimitar Berbatov ilə müqavilə uzatmaq qərara alıb.
İdmanxeber.com-un məlumatına görə bolqar hücumçu ilə müqavilə 2015-ci ilə qədər uzadılıb.
Qeyd edək ki, Berbatov "Monako" forması ilə çıxdığı 14 oyunda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.