Kateqoriyasız

Ulduz futbolçu oyun zamanı meydanı tərk etdi, tualetə getdi – FOTO

“Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanq ötən gün “Brayton”la matçın 89-cu dəqiqəsində meydanı tərk edib.

İdmanxeber.az-ın məlumatına görə, qabonlu futbolçu ayaqyoluna gedib. Oyundan sonra bu barədə açıqlama verən “topçular”ın baş məşqçisi Fredrik Yunberq Obameyanqın 3 dəqiqə meydanda olmamasını belə izah edib: “Əgər özünü pis hiss edirsənsə, buna nəsə demək olmaz. O, 2-3 dəqiqəyə geri qayıtdı“.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43