“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Tottenhem” Ağdam klubu ilə oyuna ciddi itki ilə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa klubunun malili yarımmüdafiəçisi Yves Bissuma və braziliyalı hücumçusu Rişarlison zədə səbəbindən “Qarabağ”la matçı buraxmalı olacaq. Hər iki futbolçu ən yaxşı halda oktyabrın əvvəlində komandaya qoşula biləcək.
Qeyd edək ki, “Tottenhem”lə “Qarabağ” arasında oyun sentyabrın 26-da Londonda keçiriləcək.