Dünya futbolu

Ulduz futbolçu “Yuventus”dan gedir

“Yuventus” qışda Emre Canla yollarını ayıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, alman yarımmüdafiəçi komandadakı vəziyyətindən narazıdır. 25 yaşlı oyunçunun Çempionlar Liqasının qrup mərhələsi üçün sifariş ərizəsində yer almaması onun  baş məşqçi Maurisio Sarri ilə münasibətlərini çətinləşdirib.

E.Canla “Mançester Yunayted” və “Borussiya” klubları yaxından maraqlanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43