Ölkə futbolu

“UltraNeftçi” “Böyük oyun”u kiçiltdi

Bildiyimiz kimi “Neftçi”nin “UltraNeftçi” fan-klubu uzun müddətdir ki, fəaliyyətini dayandırmışdı. Fan klub uzun fasilədən sonra necə deyərlər, noyabr 2-də keçiriləcək “Xəzər Lənkəran”la oyunda yenidən debüt edəcək.

Bununla bağlı fan klub rəhbəri Rəşad Zalovla əlaqə saxladıq. O, idmanxeber.com-a açıqlamasında bunları dedi:

“Yəqin xəbəriniz var ki, “UltraNeftçi” uzun müddətdir ki, fəaliyyətini dayandırmışdı. Uzun fasilədən sonra inşallah “Xəzər Lənkəran” oyunda debüt edəcəyik. İlk oyunumuz olacağı üçün dəqiq deyə bilmərəm neçə nəfərlə gələcəyik stadiona. Onu deyim ki, oyuna öz hesabımıza hazırlaşırıq. Heç kəsdən maliyyə dəstəyi almırıq. “Xəzər Lənkəran”la oyuna giriş pullu olacaq. Biletləri də öz hesabımıza alacayıq. Qarşılaşmaya gəldikdə isə bu matç digərlərindən fərqlənmir. Çünki bir oyuna ciddi hazırlaşmaq üçün gərək qarşındaki rəqib də, ciddi rəqib olsun. “Xəzər Lənkəran”ın çempionatdaki vəziyyəti göz qabağındadır. Artıq sözə ehtiyac yoxdur”.

“Oyun üçün bir neçə banner hazırlamaq fikrimiz var. Əsas məsələ odur ki, AFFA-nın qərarı var ki, rəqib azarkeşlər oyunda iştirak etməyəcək. Bu da qrumun indiyə qədər verdiyi ən mənasız qərarlardan biridi. Onsuzda stadionlarımıza azarkeş yığmaqda çətinlik çəkirik. Bu da azarkeşlərə daha bir zərbə… Oyunda ancaq “Neftçi” fanatları olacaq ki, bu da qarşılaşmanın marağını öldürəcək. Bu matçda komandadan həmişə olduğu kimi qələbə gözləyirik. İnanıram ki, Nazim Süleymanov ilk qələbəsini bu oyunda qazanacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43