Kateqoriyasız

Ümit Özat təsdiqlədi: “Azərbaycanın doğru ölkə olduğunu düşünürəm”

Adı “Sabah”la birgə hallanan türkiyəli mütəxəsis Ümiz Özat “Radyospor”un suallarını cavablandırarkən Bakıl təmsilçisinə keçidi ilə bağlı məsələsinə də aydınlıq gətirib.

İdmanxeber.az-ın məlumatına görə, o, Azərbaycan klubu ilə danışıq apardığını və bu keçidin baş tutma ehtimalının olduğunu təsdiqləyib.

“Azərbaycanın “Sabah” klubu ilə sıx təmasımız oldu. Bizim də bəzi gözləntilərimiz var. Hətta “Sabah”ın oyunlarını da izlədim. Bu işlər Türkiyədə dərhal gerçəkləşir, amma ölkə xaricində bir gün içində olmur. “Sabah” rəhbərliyi ilə ötən həftə danışığımız olmuşdu. Doğru seçim etmək lazımdı. Azərbaycanın da doğru ölkə olduğunu düşünürəm”.

Ümit Özat həmçinin ən böyük arzusunun gələcəkdə “Fənərbaxça”nı çalışdırmaq olduğunu deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43