Dünya futbolu

Unai Emeri: “Biz Avroliqanın qalibi olmaq üçün yarışacağıq”

Emeri Avroliqanın önəminə diqqət çəkib.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın Avroliqadakı rəqiblərindən olan “Arsenal” komandasının baş məşqçisi Unai Emeri ölkə mətbuatına açıqlama verib:

“Avroliqa qitənin nüfuzuna görə ikinci klub turniridir. Bu turnirin qalibi birbaşa Çempionlar Liqasına vəsiqə qazanır. Bu da turnirə olan marağı bir qədər də artırıb. “Mançester Yunayted” məhz bu yolla Çempionlar Liqasına vəsiqə qazanmışdı. Biz Avroliqanın qalibi olmaq üçün yarışacağıq. Bu, bizə kömək olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43