İdman

Ünal Aysal: “İstefa verirəm”

“Qalatasaray”a yaxın adamlardan biri sayılan Sərhat Uleren, komandanın prezidenti Ünal Aysalın daha əvvəl istefa vermək istədiyini bilidirib.

“Tv 8″də yayımlanan “Teleqol” verlişinin təşkilatçılarından biri olan Uleren, başqan barədə bunları deyib:

“Klubdaxilində keçirilən toplantıda Aysala yaxın olan adamlar, Aka Gündüz və Adnan Nas klubdan narazı olduqlarını söyləyir. İdarəçilər çempionluqla sona çatan mövsümün ardından toplanan idarə heyəti konfransında narahatlıqlarını dilə gətirir”.

“Buna əsəbləşən Ünal Aysal masadan qalxaraq, “Dostlar demək ki, ciddi problemlər var. Mən istefa verirəm.” deyir, amma sonra həmin iki adam klubdan uzaqlaşdırılır və Ünal Aysalda beləcə, fikrindən daşınır”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43