İdman

Ünal Aysal: “Terimlə qürur duyuram”

“Qalatasaray”ın prezidenti Ünal Aysal Türkiyə mətbuatına maraqlı açıqlamalar verib.

“Cim-Bom”un başqanı komandanın keçmiş baş məşqçisi Fatih Terimə tərif yağdırıb:

“Fatih Terimi göndərmək mənim üçün də çətin bir qərar idi. Onunla qürur duyuram. 2011-ci ildə “Qalatasaray”ın prezidenti seçildim. “Qalatasaray” son 3 mövsüm çox pis çıxış etmişdi. Bu vəziyyətdən bütün “Qalatasaray”lılar narahat idi.

“2011-ci ildən əvvəl son 5 mövsüm Çempionlar Liqasına qatılan bir komanda var idi. Mənim ən böyük məqsədim Çempionlar Liqasında bacardığımız qədər irəliləməkdi . Çempionlar Liqasının ən yaxşı komandalarından biri olmaq istəyirik.

Bir şeylər tərs getdiyində , yalnız bir adamı, ya da bir təşkilatı günahlandırmaq olmaz. Buna görə, şiddətli dəyişikliklər etdim. Bəzi səhvlər edə bilərəm , ancaq etməməyə çalışıram. Komanda sərt dəyişikliklər etdik. Komandanı 65% dəyişdirdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43