Dünya futbolu

Unay Emeri: “Ötən mövsüm “Atletiko” burada qalib gələ bilməmişdi”

Avroliqanın qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.

UEFA Avroliqanın qrup mərhələsinin ikinci turunda “Arsenal” səfərdə “Qarabağ”la qarşılaşıb. Oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Unay Emeri jurnalistlərin suallarını cavablandırıb:

– Çətin oyun oldu. Rəqib sizə kifayət qədər problem yaşatdı. Qələbə qazandığınz üçün xoşbəxt olmalısınız.

-Təbii ki, çətin oldu. Birinci hissədə rəqib bizim qapımızda yetərincə təhlükəli vəziyyət yaratdı. Ancaq hər şeyə rəğmən qələbə qazana bildik. Oyunçularımı təbrik edirəm.

-Smit gənc oyunçularınızdandır. Onun gələcək karyerası barəsində nə deyə bilərsiniz ?

-Hər oyunçu onlara şans verildiyini hiss etməlidir. O da bu oyuna yaxşı hazırlamışdı. Hər keçən gün daha yaxşı olacaq. Onun adına çox sevincliyəm. Ondakı inkişaf görülür.

-Həmin oyunçuda sizi cəlb edən hansı xüsusiyyətidir ?

-Bütün keyfiyyətlərini misal göstərə bilərik. Ancaq ən əsas məsələ odur ki, o, hər zaman işinə məsuliyyətli yanaşır. Və hər keçən gün daha da inkişaf edir.

-“Qarabağ” bu gün sizi təəccübləndirdimi ?

-Fərqli oyunları olduğunu bilirdik. Bundan öncəki “Sportinq” matçı onlar üçün çox yaxşı alınmışdı. Biz də buna hazırlanıb onlara mane olduq. Hər halda ötən mövsüm “Atletiko” burada qalib gələ bilməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43