Kateqoriyasız

Unay Emeri “Qarabağ”la düşdükləri qrupdan danışıb

O, ölkə mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, Avroliqanın püşkatma mərasimindən sonra “Arsenal” komandasının baş məşqçisi Unay Emeri qrupdakı rəqiblər barəsində açıqlama verib. Britaniya mətbuatına danışan Emeri turnirdə irəli getmək istədiklərini bildirib:

“Hər rəqibə hörmətlə yanaşırıq. Onların hər birinə fərqli oyun sistemləri ilə hazırlaşacayıq. Biz bu turnirdə sonadək getmək istəyirik. Azərbaycan səfəri bizim üçün uzaq və çətin olacaq. Biz çalışmalıyıq ki, çətin səfərlərdə də öz oyunumuzu ortaya qoyub, təcrübəmizdən istifadə edək”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43