Milli komanda

“Uşaqlar rahat çıxsalar, Maltaya 2-3 qol vurarlar” – Maksim Medvedev

Azərbaycan millisinin müdafiəçisi Maksim Medvedev Latviyaya qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl fikirlərini bölüşüb.

İdmanxeber.az xəbər verir ki, yığmanın kapitanı oyunöncəsi mətbuat konfransında bunları söyləyb:

“Malta ilə fərqli oyun sistemi ilə çıxış etdik. Bunları lövhədə göstərmək mümkündür, meydanda etmək isə çox çətindir. Çünki hər bir futbolçu həmin situasiyanı dərk etməlidir. Futbolçuların verilən tapşırıqları düzgün yerinə yetirə bilməmələri bir kapitan kimi mənə də pis təsir edib. Bəzi məqamlarda futbolçular tapşırıqları düzgün yerinə yetirməyəndə xaos yaranır. Heç kim belə olmasını istəmirdi.

Azərbaycan yığması daha güclü komandalara qarşı fərqli çıxış edir. İrlandiaya qarşı daha konkstruktiv hücumlar qururduq. Malta onlardan səviyyəcə aşağı olsa da, biz ikinci nömrə kimi oynayırdıq. Uşaqlar bir-birini başa düşə, uyğunlaşa bilmirdilər. Bəzən meydanda xaos yaranırdı. Psixoloji və media tərəfdən üstümüzə hücumlar gəlir. Bəziləri sosial şəbəkələrə baxır, təzyiqləri qəbul edə bilmirlər. Rahat çıxsalar, Maltaya 2-3 qol vurarlar. Elə oyunlar olur ki, gah eniş, gah artım olur. 90 dəqiqəni eyni səviyyədə keçirmək lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43