Yüngül ateletika üzrə səkkiz dəfə olimpiya çempionu olan Useyn Bolt futbolçu karyerasına ilk qolları vurub.
Avstraliyanın A liqasında mübarizə aparan “Sentral Kost Mariners” komandasının hücumçusu Useyn Bolt futbolda ilk qolunu vurub. “Makartur Saut Vest Yunayted” klubuyla yoldaşlıq matçı keçirdən Boltun komandası qarşılaşmadan 4:0 hesablı qələbə ilə ayrılıb. Yamaykalı futbolçu görüşdə dubl edib.