Dünya futbolu

Useyn Bolt komandasından ayrıldı

Avstraliyanın “Central Mariners” klubunda forma geyinən yamaykalı atlet Useyn Bolt komandadan ayrılıb. Avqust ayından klubun düşərgəsində olan idmançı keçirdiyi yoxlama oyunlarının birində  iki qol vuraraq diqqətləri üzərinə çəkməyi bacarmışdı. Boltun klubu ilə uzunmüddətli müqavilə bağlayacağı gözlənsə də, oyunçu klubdan ayrılmaq qərarına gəlib. Buna səbəb yamaykalı futbolçu “Central Marines” klubu ilə maliyyə məsələsində analaşa bilməməsi olub.

Useyn Bolt etdiyi açıqlamada ona futbol oynamaq şansı verdiyi üçün avstraliyalı kluba təşəkkür edərək komandadan ayrıldığımı bildirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43