İdman

Useyn Boltdan Ramilə təbrik – FOTO

Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında Türkiyə yığmasının heyətində qızıl medal qazanan Ramil Quliyev yarışdan sonra məşhur atlet Useyn Boltla görüşüb.

İdmanxeber.com-un məlumatına görə, Bolt medal qazandığı üçün əslən Azərbaycandan olan atleti təbrik edib və ona gələcək karyerasında uğurlar arzulayıb: “Mövqeyini qorumağı arzulayıram. Ölkən və sənin adına çox sevindim”.

Xatırladaq ki, Bolt dünyada ən güclü, ən titullu atletidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43