Ölkə futbolu

Usim Nduka “Simurq”da – FOTO

Antalyada qış təlim-məşq toplanışında olan “Simurq”, transfer çalışmalarını davam etdirməkdədir.

Klubun saytına istinadən verdiyimiz xəbərə görə, Zaqatala təmsilçisi daha bir yerli futbolçu ilə müqavilə imzalayıb. Usim Nduka “Simurq”la 1.5 illik müqaviləyə qol çəkib.

Milli komandamızın sabiq üzvü növbəti mövsümün sonuna qədər “sarı-qaralar”ın uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, əslən nigeriyalı 28 yaşlı müdafiəçinin son klubu Türkiyənin birinci divizionunda çıxış edən “Tavşanlı Linyitspor” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43