Ölkə futbolu

“Ustalıq səviyyəsi çatışmır” – Şahin Diniyev

“Bizim üçün axşam o qədər də xeyirli olmayacaq. Amma həyat davam edir. Gərgin oyun keçdi, 6 xala bərabər matç idi. Ən azı uduzmamalı idik. Futbolçular ikinci hissədə dayandılar. Belə meydanda oynamaq çətindir. Son dəqiqələrdə üç hücumçu ilə oynadıq. Hələ heç nə bitməyib. Premyer Liqada qalmaq üçün “Şamaxı” ilə vuruşmalıyıq. Ümidliyəm. Qarşıda səkkiz oyun qalıb. Bu komanda oyununa görə Premyer Liqada qalmağa layiqdir. Maksimum xallar qazanmağa çalışacağıq. Yolumuza davam edəcəyik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın “Kəpəz”lə (1:0) səfər görüşündən sonra mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

Futbolçularım haqda mənfi fikirlər səsləndirmək istəmirəm. Ustalıq səviyyəsi çatışmır. Bunu psoxologiyanın da üstünnə atmaq olar. Amma 2 metrdən qol vura bilmiriksə, bunun psixoloji durumla əlaqəsi yoxdur. Birdən-birə nəyisə dəyişmək olmur. Səkkiz xal toplamışıq. Əvvəldən xalımız çox olsaydı, indi daha rahat idik. Reallıqla barışıb mübarizə aparacağıq. Şükürlər olsun ki, ölən yoxdur. Həyat davam edir. Hər şeyin altında faktlar dayanır. Fakt da odur ki, uduzmuşuq. Xəyallarla yaşasaq, çox şey qura bilərik. Həyat reallıqdır. Reallıqla barışmaq lazımdır’.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43