Premyer Liqa

“Ustalıq səviyyəmiz qələbə qazanmaq üçün kifayət etmədi”

Topaz Premyer Liqasının 14-cü turunda “Simurq” Sumqayıtda eyniadlı komandanın qonağı oldu. Stepan Polyakın 42-ci dəqiqədə vurduğu qol Zaqatala təmsilçisinə 3 xalı qazandırdı.

Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyunun çətin olacağını bilirdik. Ümumiyyətlə, Premyer Liqada asan oyun yoxdur. “Sumqayıt” yaxşı hücum futbolu oynayan komandadır. Qələbə qazanmaq bizim üçün vacib idi. İlk hissədə ikinci hissədən daha yaxşı oynadıq”.

Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Futbolçularım yaxşı oynadı. Təəssüf ki, nəticə qənaətbəxş olmadı. Ustalıq səviyyəmiz qələbə qazanmaq üçün kifayət etmədi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43