İdman

“Uypeşt” – “Neftçi” matçının hakimləri müəyyənləşdi

“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Uypeşt”lə cavab oyununu idarə edəcək hakimlər briqadası müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, UEFA görüşü Yunndan olan referilərə həvalə edib. Matçın baş hakimi Anastasius Papapetru olacaq. Ona Trifon Petropulos, Kamburis Vassilios və Angel Evangelios köməklik edəcəklər.

Qeyd edək ki, “Neftçi” ilə “Uypeşt” arasında ilk oyun iyulun 12-də Bakıda, cavab matçı isə iyulun 19-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43