İdman

“Uypeşt”dən “Neftçi”yə daha bir zərbə

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Uypeşt”lə cavab oyununda zədələnən “Neftçi”nin kapitanı Ruslan Abışov durumu ciddidir.

İdmanxeber.com-un məlumatına görə, ayağından zədə alan 31 yaşlı futbolçu 6 ay yaşıl meydanlarda kənar qalacaq.

Qeyd edək ki, “Uypeşt”lə oyunun 41-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə zədələnən millimizin üzvü Tural Axundovla əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43