Ölkə futbolu

“Uypeşt”lə oyunun biletləri daha iki nöqtədə satışa çıxarıldı

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Uypeşt” oyununun biletləri daha 3 məntəqədə satışa çıxarılıb.

İdmanxeber.com-un məlumatına görə, qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN təşkil edən biletləri “Dalğa Arena” və 8-ci km stadionlarının kassaları ilə yanaşı, “Rahat market”in “Neftçilər”, “Metropark” və “Baku MALL” (Qələbə dairəsi) mağazalarından əldə etmək mümkündü. Kassalar hər gün saat 10:00-dan 22:00-dək işləyir.

İyulun 12-da “Dalğa Arena”da keçiriləcək oyun saat 21:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43