23 Sentyabr 2024
Ölkə futbolu

“Uzun zamandır Türkiyədə oynamaq istəyirdim” – Bəxtiyar Həsənalızadə

“Sabah”la razılığa gələ bilmədim, bu səbəbdən də ordan ayrıldım. Bu mövzuda çox danışmaq istəmirəm. Sadəcə, alınmadı”.

Bu sözləri idmanxeber.az saytına “Kəpəz”dən Türkiyənin “Tuzlaspor” klubuna transfer olan Bəxtiyar Həsənalızadə deyib. O, “sarı-göylər”ə keçməmişdən öncə də təkliflərinin olduğunu bildirib:

“Danışıqlar sonlanmadığı üçün sonda Gəncə təmsilçisi ilə anlaşdıq. Müqaviləyə bənd əlavə edildi ki, ölkə xaricindən təklif gəlsə, ayrılacam. “Kəpəz”dən getməyimə səbəb yalnız maddiyyatla bağlı deyil. Uzun zamandır ki, Türkiyədə oynamaq istəyirdim. Bu günə qismət oldu. Başqa klublardan da təkliflər var idi. Ancaq “Tuzlaspor”un daha uyğun olduğunu düşündüm”.

Millimizin üzvü Türkiyə I Liqa təmsilçilərində ara-sıra yaşanan maliyyə problemlərinin yeni komandasına aid olmadığını düşünür:

“Hazırda o cür problemlər yoxdur. Daha çox yüksək maaş verən klublarda belə hallar yaşanır. Düzgün qərar verdiyimi düşünürəm. 30 yaşım var, karyeramı Türkiyədə davam etdirməyim mənim üçün çox xoşdur”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43