Kateqoriyasız

“Neftçi”dən getdi – Rəsmi

“Neftçi”  futbolçu Kvame Karikarini icarəyə verib.

İdmanxeber.az-ın klubun saytına  istinadən yaydığı xəbərə görə, anlaşmaya əsasən, qanalı hücumçu iyunun 1-dək BƏƏ-nin “Əl Oruba” klubunun formasını geyinəcək. “Əl Oruba” hazırda BƏƏ çempionatının birinci divizionda liderlər sırasındadır.

Qeyd edək ki, Kvame Karikari cari mövsüm “Neftçi”nin heyətində 10 oyunda meydana çıxıb, 2 qol vurub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43