Ölkə futbolu

Vəfadar Quliyev: “Buraxdığımız qollar uşaq səhvlərindən idi”

Topaz Premyer Liqasının birinci turunun təxirə salınnmış oyunu keçirilib.

Topaz Premyer Liqasının ilk turundan təxirə salınmış “Qarabağ” – “Zirə” qarşılaşması oyunu bugün keçirilib. Qonaq komandanın baş məşqçisi Samir Abasov ötən turda meydandan qovulduğu üçün oyun barəsində fikirlərini bölüşmək üçün mətbuat konfransına köməkçi məşqçi Vəfadar Quliyev gəlib. O, əvvəlcə oyun barədə fikirlərini bildirib:

“Çətin oyun oldu.İlk hissəyə istədiyimiz kimi başlamadıq. İkinci hissədə daha yaxşı oyun ortaya qoyduq. Hər keçən oyun bir az daha yaxşı olacayıq. Bunun üçün çalışırıq. “Qarabağ” komandasına gələcək oyunlarda uğurlar arzulayırıq”.

-Mirsahib Abbasov oyuna sonradan qoşuldu, az qala qəhrəman olacaqdı. Niyə əsas heyətdə başlamadı ?

-Hamıya şans verilir. Ola bilsin ki, gələcək oyunlarda start heyətdə oynasın.

-Müdafiədə kifayət qədər boşluqlar var. Bu sizi narahat edirmi ?

-Vaxtımız azdı. Dediyim kimi hər keçən oyun daha da yaxşı oynayacayıq. Buraxdığımız qollar uşaq səhvlərindən idi. Ancaq hamısını düzəldəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43