09 Fevral 2023
Dünya futbolu

Vadji “Qarabağ”a qayıdır? – “Sent Etyen” ondan narazıdı və…

Yayda “Qarabağ”dan ayrılaraq “Sent Etyen”ə gedən İbrahima Vadji klubdan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, ondan gözlənilən performansı əldə etməyən Fransa təmsilçisi forvardı icarəyə verməyi düşünür.  II Liqa təmsilçisi yeni hücumçu axtarışına başlayıb. “Sent-Etyen” rəhbərliyi “Ayaçço”ya icarəyə verilən Jan-Filipp Krassonu qaytarmaq qərarına gəlib.

Qeyd edək ki,  “Qarabağ”ı “Sent-Etyen”ə dəyişən Vadji Fransa klubunda 10 matçda 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43