28 Yanvar 2023
Kateqoriyasız

Vadji “Sent-Etyen”də bu vaxt debüt edəcək

“Qarabağ”dan Fransanın 2-ci liqa klubu “Sent Etyen”ə keçən İbrahima Vadjinin yeni komandasında debüt edəcəyi vaxt müəyyənləşib.

İdmanxeber.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu sentyabrın 5-də, Liqa 2-də 7-ci turun “Pau” ilə səfər oyununda meydana çıxacaq.

Seneqallı futbolçu bu gün və ya avqustun 30-da “Sent Etyen”də tibbi müayinədən keçəcək. Buna görə də, o, sabah “Bastiya” ilə 6-cı turun ev oyununda iştirak edə bilməyəcək.

Fransa təmsilçisi Vadjinin keçidi üçün “köhlən atlar”a 1,7 milyon avro ödəyəcək. Hücumçu “Qarabağ”a 2021-ci ilin avqustunda transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

AFFA Roy Kinlə danışıqlar aparıldığını təsdiqlədi

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Beynəlxalq arenada da rəqiblər “Qarabağ”la oyuna xüsusi hazırlaşır” – Rəşad Sadıqov

admin