Kateqoriyasız

Valbuena “Fənərbağça” yolunda

"Lion”un üzvü Matyu Valbuena karyerasını Türkiyədə davam etdirə bilər. İstanbul nəhəngi "Fənərbağça” yarımmüdafiəçi üçün "Lion”a rəsmi müraciət edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə "Lion”un prezidenti Yan-Mişel Aulas məlumat verib.

"Fənər”lə yanaşı Çin klublarından biri də futbolçunun xidmətində maraqlıdı: 

"Valbuena çətin mövsümü geridə qoydu. Ancaq onun möhtəşəm futbolçu olmasına şübhəmiz yoxdu. Matyu yaxın günlərdə gələcək haqqında qərar verəcək. Qalmaq istəyirsə, buyursun qalsın. Onun üçün bir neçə rəsmi təklif almışıq. Türkiyənin "Fənərbağça” klubu da onunla müqavilə imzalamaq istəyir. Nəyin necə olacağını yaxın günlərdə görəcəyik”. 

Qeyd edək ki, Valbuena karyerası ərzində "Marsel” və "Dinamo” (Moskva) kimi komandalarda forma geyinib.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43