29 Sentyabr 2024
Dünya futbolu

“Valensiya” baş məşqçi ilə bağlı qərarını verdi

“Valensiya”nın baş məşqçisi Ruben Baraxa işini davam etdirəcək.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər 2026-cı il iyunun 30-dək qüvvədə olan yeni müqavilə bağlayıb. 48 yaşlı ispaniyalı mütəxəssis 2023-cü ilin fevralında komandanın başına keçib.

Ötən mövsüm “Valensiya” La Liqada 9-cu yeri tutub.

Baraja əfsanəvi keçmiş Valensiya futbolçusudur. O, 10 il komandada çıxış edib, iki dəfə İspaniya çempionu olub, UEFA Kubokunu və Superkubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43