Dünya futbolu

“Valensiya” Nanini satır

“Valensiya” portuqaliyalı futbolçu Luiş Nani ilə yolları ayırır.

La Liqa təmsilçisi  transferə çıxarıb. “Marca” nəşrindən bildirilir ki, təcrübəli futbolçu yeni baş məşqçi Marselino Qarsiyanın növbəti mövsüm üçün planlarına daxil deyil. Bu səbəbdən də portuqaliyalıya özünə yeni komanda tapması tapşırılıb.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü ötən il “Fənərbaxça”dan İspaniya klubuna transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43