Dünyadan

“Valensiya”dan 30 milyonluq transfer

Ispaniyanın “Valensiya” klubu ötən mövsüm komanda da icarə əsasında çıxış edən Rodriqo Morenonun transferini birdəfəlik həll edib.

İdmanxeber.com-un məlumatına görə, müqaviləyə əsasən “Benfika”ya məxsus olan futbolçu 30 milyon avro qarşılığında La Liqa təmsilçisi ilə müqavilə bağlayıb.

“Valensiya”nın rəsmi saytına müsahibə verən futbolçu bunları dilə gətirib:  “Keçirdiyim bir sezonun ardından yenidən bu klubda qaldığım üçün sevincliyəm. Bundan sonra tam gücümüzlə Çempionlar Liqasında qruplara qalmağı hədəfləyəcəyik”.

Qeyd edək ki,  Rodriqo Moreno ötən mövsüm 32 oyunda 4 qol vurmuş və 5 asist etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43