Dünya futbolu

“Valensiya”nın sabiq baş məşqçisi vəfat etdi

Seneqal və BƏƏ yığmalarının sabiq baş məşqçisi Bruno Metsü vəfat edib. O, səhər radələrində Fransanın Dunkirk şəhərindəki evində dünyaya gözlərini yumub.
Çalışdırıcı xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Uzun sürən xəstəlik onu taqətdən salıb və buna görə o, 2012-ci ildə təyin olunduğu “Əl Vasl” klubunda işləməkdən imtina edib.

Xatırladaq ki, Metsü bir vaxtlar Fransanın “Lill” və İspaniyanın “Valensiya” klubunu çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43