Dünya futbolu

Vallexo yenidən “Real”da

Madridin “Real” klubu “Aytraxt”da icarə əsasında çıxış edən müdafiəçisi Xesus Vallexonu geri qaytarıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Pepenin “Beşiktaş”a keçidindən sonra baş məşqçi Zinəddin Zidan bu qərara gəlib.

Qeyd edək ki, 20 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm Frankfurt təmsilçisində 25 oyuna çıxıb və 1 qol vurub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43